Ukrayna quraqlıqla mübarizə aparan Afrika ölkələrinə taxıl dəstəyi verib

image-taxil-1backend

Ukrayna uzun müddətdir quraqlıqla mübarizə aparan Şərqi Afrika ölkələrinə ilk taxıl tədarükünü həyata keçirib.

Busaat.az xəbər verir ki, taxıl dolu ilk gəmi Cibutiyə çatdırılıb.

Açıqlamada taxıl daşınmasının Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramından asılı olmayaraq həyata keçirildiyi, gələn həftə Efiopiya və Somaliyə daşınmaların həyata keçiriləcəyi bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski Efiopiya, Cənubi Sudan, Somali, Konqo, Keniya və Yəmən k imi ərzaq problemi olan ölkələrə dəstək verəcəklərini açıqlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90