ÜZÜCÜ XƏBƏR: Azərbaycanda gecə saatlarında dəhşət: Ölənlər və yaralılar var

image-1613845271_xestexana-fotobackend

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90