Zakir Həsənov Kəlbəcər və Laçında hərbçilərə göstəriş verdi – Video

image-4c4b347bcac3cd60bae5fede553f61a9backend

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3400 metrədək hündürlükdə, o cümlədən, Kəlbəcər və Laçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində inşa edilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb.

Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də, istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.

Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.

Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.

Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraiti və onların mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

b7e52f4493376b02da91f44771cea975
2e6cbe883f41566b6cb61a9d840cb5ff
f0ada6a9bad3e9e60118e1bc655280f6
352006d6023b7d88145f159643de67cf
910afa3fc85167dc2c6772a9404015ff
a8c47c16d4250afc2f9e95ac12fc5885
3a5607aa47da75c22e5247b642d7bb82
c6ba40dddd44680b6dfbe2cac227cd64
234fe74681fca0cf2b3bde2da23734f3
45565e4f598d483053ef14f67d7b208b
31dd7ea5028fe14d3ce65b731b6fe331

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki