ABŞ Nigerdən qoşunlarının çıxarılmasını başa çatdırıb

image-3backend

ABŞ hökuməti Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.

Busaat.az xəbər verir ki, bu barədə “Frans Press“ agentliyi məlumat yayıb.

Məlumatda ABŞ hərbi qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Qüvvələrinin Bazasından çıxarılmasının başa çatdığı bildirilir.

Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır.

Nəşr qeyd edib ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki