Bahçelidən Ərdoğana DƏSTƏKbackend

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.

 

Busaat.az xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb:

 

“Bu dəfə mən də səslənirəm:

 

Arazı ayırdılar,

Mil ilə doyurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın.

 

Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar”.