Əfqanıstanda tanker partladı: 20-yə yaxın insan öldü

image-default-6backend

Əfqanıstanın paytaxtı Kabilin şimalında tuneldə yanacaq tankerinin partlaması nəticəsində ən azı 19 nəfər ölüb, 32 nəfər yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı yerli hakimiyyət orqanları yayıb.

Məlumata görə, Kabildən təxminən 80 mil şimalda yerləşən Salanq Tuneli ilk olaraq 1960-cı illərdə Sovet qüvvələrinə kömək etmək üçün tikilib. Bu, ölkənin şimalı ilə cənubu arasında əsas əlaqədir.

Pərvan əyalətinin sözçüsü Seyid Himətullah Şamim bildirib ki, şənbə gecəsi tuneldə baş verən partlayışda qadın və uşaqlar da daxil olmaqla ən azı 19 nəfər ölüb. O, dağıntılar altında qalanların olduğunu və ölənlərin sayının arta biləcəyini deyib.

Yerli vaxtla Saat 20:30 radələrində baş verən hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Doktor Abdulla Əfqanın sözlərinə görə, Pərvan Səhiyyə Departamenti 14 ölü və 24 yaralı qəbul edib. O, ölənlər arasında 5 qadın və iki uşağın olduğunu, qalanların isə ağır yanıq xəsarətləri alan və kimliyini müəyyən etmək mümkün olmayan kişilər olduğunu bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90