Hindistan və Çin arasında GƏRGİNLİK

image-hindistan-cin-getty-1745301backend

Hindistanın Müdafiə Nazirliyi Çini Ladax bölgəsində ikitərəfli razılaşmaları pozaraq iki ölkə arasındakı əlaqələrin “əsaslarını aşındırmaqda” günahlandırıb.

Busaat.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, müdafiə naziri Rajnath Singh çinli həmkarı Li Şanqfu ilə Hindistan-Çin sərhəd bölgələrindəki inkişaflar və ikitərəfli əlaqələrlə bağlı görüşüb.

Sinq çinli həmkarına deyib: “Hindistan və Çin arasında münasibətlərin tərəqqisi sərhədlərdə hökm sürən sülh və əmin-amanlığa əsaslanır”.

O, qeyd edib ki, bütün sərhəd məsələləri mövcud razılaşmalar və öhdəliklər çərçivəsində həll edilməlidir.

Sinq bəyan edib ki, sərhəd pozuntuları ikitərəfli münasibətlərin “əsaslarını aşındırıb”.

Xatırladaq ki, Li Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Yeni Dehlidədir.

Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir, Yeni Dehli isə Aksay-Çin yaylasını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini müdafiə edir. Tərəflər uzun illərdir ki, suverenlik mübahisələrini həll edə bilmirlər.

15 iyun 2020-ci ildə sərhədin qərbindəki Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 Hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin həlak olduğunu açıqlayıb.

Münaqişədən sonra iki ölkənin hərbi birləşmələri sərhəddə ayıq-sayıq olub, Hindistan yer-hava tipli raketdən müdafiə sistemini, Çin isə haubitsa və tankları yerləşdirib.

Bu gərginliyi dünyada ən böyük orduya malik ölkələrin ictimai rəyində “müharibə” ritorikası daha da gücləndirib.

Sərhəddəki gərginliyi azaltmaq üçün iki ölkənin hərbi nümayəndə heyətləri arasında danışıqlara başlanılıb. Danışıqlardan sonra sərhəd bölgəsindəki qoşunların koordinasiyalı və planlı şəkildə çıxarılması qərara alınıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90