Hindistanda dəhşətli yol qəzası – 14 ölü, 4 yaralı

image-hindistan65420backend

Hindistanın Andhra Pradeş ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

Bu barədə Busaat.az “The Times of India” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, mikroavtobusla yük maşını Karnul dairəsi ərazisindən keçən yolda toqquşub, 14 nəfər hadisə yerində dünyasını dəyişib. Qeyd olunur ki, ölənlərdən biri uşaqdır. Dörd nəfər, o cümlədən iki uşaq ciddi xəsarət alıb.

Nəşrin məlumatına əsasən, yaralananlar xəstəxanaya aparılıb, onların vəziyyəti kritik qiymətləndirilir.

Polisin sözlərinə görə, qəzaya səbəb ya mikroavtobus sürücüsünün yuxuya getmiş sürücüsü, ya da nəqliyyat vasitəsinin partlamış təkəri ola bilərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki