İranda etirazlar nəticəsində ölənlərin sayı 450-ni keçdi

image-iranda-gozaltina-alinan-kadinin-olmesi-uzerine-baslayan-gosteriler-suruyorbackend

İranda Məhsa Əminin ölümü ilə başlayan və davam etməkdə olan etirazlarda ölənlərin sayı 451 nəfərə çatıb. 

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İranda Hüquq Müdafiəçiləri təşkilatının yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 18 mindən çox etirazçı həbs olunub. Həbs olunanların 566-ı nəfəri müxtəlif universitetlərdə təhsil alan tələbələrdir.

İranın 156 şəhərində davam edən nümayişlərdə güc strukturlarından 60 əməkdaş öldürülüb.

Ölənlərin 63-ü yaşı 18-dən az yeniyetmələrdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90