Kabildə çinlilərin otelinə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürdü

image-thumbs_b_c_77c7d14837d371306c798d520f515530backend

Dünən günorta saatlarında Əfqanıstanın paytaxtı Kabildə Çin otelinə təşkil edilən silahlı və bombalı hücumun məsuliyyətini terror təşkilatı İŞİD öz üzərinə götürüb.

Busaat.az xəbər verir ki, bunu terror təşkilatı özü sosial media hesablarından açıqlayıb.

Kabildəki Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamada hücumda 18 nəfərin yaralandığı, 3 cəsədin xəstəxanaya gətirildiyi bildirilib.

Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabındakı paylaşımda digər əcnəbi vətəndaşların xilas edildiyini, iki xarici vətəndaşın isə otelin pəncərəsindən tullandığı zaman yaralandığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90