Kəmaləddin Qafarovun şirkəti ölkəyə “leviy” dərmanlar gətirir? — Rəşid Mahmudovdan SENSASİON AÇIQLAMA

image-xeberbackend

İddialara görə, Azərbaycanda “dərman monopolisti” kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətində ucuz başa gəlsin deyə xaricdən ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır. Nəticədə məşhur dərmanların belə keyfiyyəti standartlara cavab vermir.

Bəs nə üçün insan sağlamlığını təhdid edən bu məsələ lazımı qurumlar tərəfindən araşdırılmır?

Busaat.az xəbər verir ki,mövzu ilə bağlı demokrat.az-a açıqlamasında tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, dərmanların keyfiyyəti aşağıdırsa, çox güman ki, ölkəyə “leviy” gətirilir.

Rəşid Mahmudov qeyd edib ki, bu kimi hadisələr həkimlərin də səviyyəsini aşağı salır:

“Bu təzə hal deyil. Mən bu barədə daha əvvəllər də danışmışam. Bu cür hadisələr çoxdan var idi. Bunun üstündə nə qədər adamlar tutuldu. Xaricə gedib zavodlarla danışırlar ki, bunun içinə 100 mq maddə qoyulmalıdırsa, 20 mq əlavə etdirirlər. Amma onu 100 mq dəyərində satırlar. Bunu maraqlanmaq lazımdır ki, niyə tədbir görülmür. Axı bütün bunları hər kəs yaxşı bilir. Nəticədə həmin dərmanlar xəstələrə kömək eləmir, xəstəlik sağalmır və pasientlər həkimlərdən şikayətçi olur.

Görün, burada xalqa nə qədər ziyan vururlar? 

Bu, sadəcə insanların sağlamlığı ilə oynamaqdır.

Bu məsələ dövlət səviyyəsində araşdırılmalıdır. Xaricdən gələn dərmanların ayrıca laborotoriyası var. Yəni, əslində xaricdən gələn dərmanlara nəzarət var. Yəqin ki, bu dərmanları ölkəyə “leviy” gətirirlər. Əgər deputat Kəmaləddin Qafarov o işlə məşğuldursa, maşallah, çox yaxşı və hünərli deputatdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki