Mişustin Ermənistanı Rusiya bazarında daha fəal işləməyə DƏVƏT EDİR

image-mishustin-pasinyanbackend

Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanla ticarətdə rekorda nail olunduğunu bildirib, yeni layihələrə başlamağı təklif edib və erməni sahibkarları Rusiya bazarında daha fəal işləməyə dəvət edib.

Busaat.az bunu İnterfaks-a istinadən yazır.

Mişustin cümə axşamı Almatıda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib: “Hökumətlər ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləyir və çətin xarici vəziyyətə baxmayaraq, əməkdaşlığımız uğurla inkişaf edir”.

Onun sözlərinə görə, Rusiya Ermənistanın aparıcı xarici ticarət tərəfdaşıdır və onun iqtisadiyyatının əsas investorudur: “2022-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz artaraq 4 milyard 100 milyon dolları ötüb ki, bu da qarşılıqlı ticarətimizdə bugünkü rekorddur”.

“Rusiya sərmayələrinin toplanmış həcmi təxminən 2 milyard dollardır, 40-dan çox aparıcı rus şirkəti Ermənistan bazarında işləyir və Ermənistanın ən böyük vergi ödəyiciləri sırasındadır”, – Mişustin əlavə edib.

“Biz yeni birgə layihələrin daha fəal şəkildə başlamasını təklif edirik”, – Rusiyanın baş naziri Paşinyana deyib.

Onun fikrincə, layihələr sənaye inteqrasiyası, dinc atom, enerji, nəqliyyat, logistika, rəqəmsal texnologiyalara aid ola bilər. Mişustin hesab edir ki, erməni sahibkarlar indi qeyri-dost dövlətlərin getməsi səbəbindən Rusiya bazarında işləmək üçün əla imkanlara malikdirlər.

O, təkcə iri biznesi deyil, həm də kiçik və orta müəssisələri nəzərdə tutduğunu qeyd edib.

“Bizim ticarət-iqtisadi əlaqələr və qarşılıqlı ticarət sahəsində yeni dinamika və böyük artımımız var”, – Ermənistanın baş naziri rus diplomatla razılaşıb. Mətbuat Nikol Paşinyandan sitat gətirib: “Biz iqtisadi sahədə yaxşı iş görürük”.

O, yaranan problemli məsələləri operativ şəkildə həll etdiyinə görə Rusiya tərəfinə təşəkkür edib.

“Biz Ermənistanla müttəfiqlik və tərəfdaşlıq münasibətlərimizi səmimiyyətlə qiymətləndiririk. Bizim ölkələrimiz rus və erməni xalqlarının tarixi dostluğuna əsaslanan yaxşı qardaşlıq münasibətlərinə malikdir”, – Mişustin əmin edib.

O, əlavə edib ki, “ənənəvi olaraq təhsilə xüsusi önəm verilir. Rusiya universitetlərində 5 minə yaxın erməni tələbə təhsil alır, qarşıdan gələn tədris ili üçün Rusiya hökuməti tərəfindən 250 təqaüd kvota müəyyən edilib”.

Rusiya hökumətinin başçısı Rusiya prezidenti Vladimir Putinin ən xoş arzularını Paşinyana çatdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90