Myanmada hərbi çevrilişlə hakimiyyətə gələn ordu ölkənin keçmiş paytaxtı Yanqonun iki rayonunda hərbi vəziyyət elan edib.
Busaat.az xəbər verir ki, bu barədə Myanmanın “MRTV” telekanalı məlumat verib.
Hərbi vəziyyət paytaxtın Hlanqthaye və Şvepyita rayonlarında tətbiq edilib. Qərara səbəb isə sözügedən rayonlarda baş verən iğtişaşlarda onlarla insanın həyatını itirməsi olub. Belə ki, etirazçılar bu rayonlarda yerləşən Çin şirkətlərinə məxsus ofislərə bıçaq və küt alətlərlə hücum ediblər. Təhlükəsizlik qüvvələri isə onları dayandırmaq üçün atəş açıb.
“BBC News”un verdiyi məlumata görə, iğtişaşlarda 38 nəfər etirazçı həyatını itirib, onlarla insan yaralanıb.
Hücumları kimin təşkil etdiyi isə hələ ki, məlum deyil.









