Netanyahu müxalifət də daxil olmaqla, fövqəladə birlik hökumətinin yaradılmasını elan edir

image-benyamin-netanyahubackend

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə müxalifət partiyasının lideri Benni Qantsın iştirakı ilə milli fövqəladə hökumət qurulduğunu elan edib.

Busaat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“İsrail vətəndaşları, bu gecə milli fövqəladə hökumət qurduq. İsrail xalqı birdir və bu gecə onların rəhbərliyi də birdir. Ölkəmizin gələcəyi tarazlıqda olduğundan bütün fərqləri bir kənara qoyduq. Biz  israillilər, İsrail dövləti üçün birlikdə çalışacağıq”, – o, televiziya ilə xalqa müraciətində deyib.

Baş nazir vurğulayıb ki, İsrail hakimiyyətinin hazırkı prioriteti oktyabrın 7-də ölkəyə hücum edən radikal Fələstin təşkilatı HƏMAS-ı məğlub etməkdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90