Busaat.az xəbər verir ki, Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi açılır.
Bu tədbir ənənəvi olaraq dünya liderlərini, o cümlədən dövlət başçılarını, baş nazirləri, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların üzvlərini bir araya gətirir.
Yüksək səviyyəli həftə 19-23 sentyabr və 26 sentyabr tarixlərində keçiriləcək.
Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq yüksək səviyyəli həftəlik sanitar məhdudiyyətlər olmadan keçirilir. İştirakçılar bütün tədbirlərdə şəxsən çıxış etməyə borcludurlar, video mesajlara icazə verilmir.
Yüksək səviyyəli həftə Baş Assambleyanın 78-ci sessiyasının sədri Dennis Frensis və BMT Baş katibi Antonio Quterreşin tədbirin əsas məzmununu təşkil edəcək ümumi siyasi debatlar çərçivəsində çıxışları ilə başlayacaq. Sonra adət üzrə Braziliya prezidenti Luiz İnasio Lula da Silva nitq söyləyəcək. ABŞ prezidenti Co Bayden bu il Baş Assambleyada iştirak edəcək yeganə P5 (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri) lideri olacaq. Böyük Britaniya, Çin, Rusiya və Fransa liderlərinin bu il Nyu-Yorka səfər etmək planları yoxdur.
Eyni zamanda, sentyabrın 19-da Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı planlaşdırılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yüksək səviyyəli həftədə Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Onun müraciəti sentyabrın 23-nə planlaşdırılır. Rusiya XİN-dən bildiriblər ki, nazir Baş Assambleyanın sessiyası çərçivəsində 20-yə yaxın ikitərəfli görüş keçirmək niyyətindədir.