Pakistanda bombalı hücum: Ölənlər var

image-pakistan-aabackend

Pakistanın Bəlucistan əyalətində bombalı hücum nəticəsində 13 nəfər yaralanıb.

Busaat.az xəbər verir ki, əyalətin Huzdar rayonundakı küçədə hərəkət edən motosikletdə bomba partladılıb.

Hücum nəticəsində 13 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Pakistan Talibanı (TTP) terror təşkilatı Pakistan hökuməti ilə atəşkəsə son qoyduqdan sonra ölkə daxilində hücumlar artıb.

Miranşah şəhərində son 5 gündə baş verən 2 hücumda 5 nəfər həyatını itirib.

TTP noyabrın 28-də sosial şəbəkədə İslamabad rəhbərliyi ilə mayın 10-da başlatdığı atəşkəsin sona çatdığını və ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90