Paris-2024-də dron qalmaqalı – Baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

image-371backend

Kanadanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Beverli Priston vəzifəsindən uzaqlaşdırılıb.

Busaat.az Kanada Olimpiya Komitəsinə istinadən xəbər verir ki, buna məşqçinin Paris-2024-də Yeni Zelandiyaya qarşı keçirəcəkləri oyun ərəfəsində rəqib komandanın məşqini izləmək üçün dronlardan istifadə etməsi səbəb olub.

Kanada millisinin əməkdaşının idarə etdiyi dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. B.Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə 38 yaşlı mütəxəssisin fəaliyyəti araşdırmalar bitənə qədər dayandırılıb.

Olimpiadanın qalan hissəsində Kanada yığmasını meydana Endi Spens çıxaracaq.

Qeyd edək ki, ötən gün A qrupunda keçirilən oyunda Kanada millisi Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki