Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada ölənlərin sayı 16-ya çatdı

image-qirgiz5456backend
image-uzb_ads_desk

Tacikistanla sərhəddə qarşıdurma zamanı həyatını itirən Qırğızıstan vətəndaşlarının sayı 13-ə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, ümumilikdə 134 qırğız yaralanıb.

Aprelin 30-na keçən gecə xəsarət alan 25 nəfər Batken vilayətinin xəstəxanalarından Bişkekə aparılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.

Daha əvvəl Qırğızıstan və Tacikistan xarici işlər nazirləri sərhəd bölgəsində atəşkəslə bağlı razılığa gəlmişdilər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki