Qırğızıstanda uşaqların mənəvi və əxlaqi strukturlarına xələl gətirən yazılar qadağan olundu

image-sosialmediabackend
image-uzb_ads_desk

Qırğızıstanda uşaqların mənəvi-əxlaqi strukturlarına xələl gətirən paylaşımların qadağan edilib.

Busaat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirlib ki, prezident Sadir Çaparov uşaqların sağlamlığına, fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərməməsi üçün tədbirləri özündə əks etdirən qanunu təsdiqləyib.

Müvafiq olaraq, kütləvi informasiya vasitələrində, o cümlədən internetdə ailə və ənənəvi dəyərlərə zidd, uşaqların mənəvi-əxlaqi quruluşuna, valideynlərə və ailə üzvlərinə hörmətsizliyə səbəb ola biləcək məzmunun yayılması qadağandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki