“Rusiya vətəndaşlığını alan 10 min immiqrant Ukraynaya xüsusi hərbi əməliyyata göndərilib”.
Busaat.az “İHA”ya istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin deyib.
Rusiyadakı mühacirlərlə bağlı məsələyə toxunan Bastrikinə görə, Sankt-Peterburq şəhərinə 3 milyon mühacir gəlib:
“Hərbi xidmət üçün Rusiya vətəndaşlığı almış 30 min immiqrant qeydiyyat alınıb. Onların 10 mini xüsusi hərbi əməliyyata göndərilib”.