Rusiya və Səudiyyə Ərəbistanı ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir

image-mbs-and-putinbackend
image-uzb_ads_desk

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin artması üçün ilkin şərtlər var, tərəflər bu məbləği 5 milyard dollara çatmaq niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın Ər-Riyaddakı səfiri Sergey Kozlov RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ikitərəfli ticarət-iqtisadi əlaqələr müsbət dinamika ilə xarakterizə olunur, baxmayaraq ki, ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiya-Səudiyyə Ərəbistanı ticarət dövriyyəsinin dəyəri bir qədər azalıb.

“Lakin ticarət dövriyyəsinin 1,6 milyard dollarlıq həcmi kifayət qədər əhəmiyyətlidir. Fikrimizcə, 2023-cü ildə gələcək artım üçün yaxşı ilkin şərtlər var. Xüsusilə ona görə ki, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı yaxın gələcəkdə Rusiya və Səudiyyə Ərəbistanının yüksək səviyyəli liderlərinin qeyd etdiyi 5 milyard dollar rəqəminə çatmaq niyyətindədirlər”, – diplomat bildirib.

O qeyd edib ki, Moskva Ər-Riyadı qlobal və regional məsələlərdə rolunu durmadan artıran perspektivli ticarət-iqtisadi tərəfdaş kimi görür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki