Tələbələr Bakının mərkəzində aksiya keçirdi – DİN-dən açıqlama+VİDEO

image-dim-daxili-isler-nazirliyi-780x470backend

Mayın 3-də Tələbə Güc Mərkəzinin üzvləri və tərəfdarları Bakıda aksiya keçirməyə cəhd ediblər. Onlar Azərbaycan İqtisad Universitetinin qarşısına doğru irəliləmək istəyiblər. Etiraz edənlər əllərində “Tələbəyə ədalət” banneri tutaraq şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, Azərbaycan İqtisad Universitetində bəzi müəllimlər imtahanların keçirilməsi qaydasına etiraz edən tələbələri təhdid edirlər: “Tələbələrə imtahan sualları verilmir. Bu da, təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə, biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün». (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda dərslər onlayn keçirilir)

Aksiya iştirakçıları hesab edirlər ki, Azərbaycan Dövlət İqtisad Universiteti semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş etməli, tələbələrə tam şəkildə test suallarını və cavabları verməlidir. Tələblərə görə, habelə Dövlət İqtisad Universiteti etiraz etdiyi üçün töhmət verdiyi tələbələrin töhmətini silməli, təhdid etdiyi tələbələrdən üzr istəməlidir. “Tələbələrin imtahan nəticələrinin ədalətli qiymətləndirilməsi üçün apellyasiya komissiyaları şəffaf fəaliyyət göstərməlidir”, -deyə tələblər tələb edirlər.

Hadisə yerinə cəlb olunmuş polis qüvvələri onların əlindən banneri alaraq özlərini saxlayıblar. Saxlananların arasında Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və ictimai fəal Rüstəm İsmayılbəyli olub.

Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, aksiya iştirakçıları hadisə yerindən uzaqlaşdırılıblar, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Tələblərə Azərbaycan Dövlət İqtisad Universitetindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90