Türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olunub

image-17258765592146445388_1200x630jpg-1725876742backend

Türk Dünyası Ortaq Əlifba Komissiyası ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğuldur.

Busaat.az xəbər verir ki, bu fikri Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dünyası Ortaq Əlifba Komissiyasının bu gün Bakıda keçirilən üçüncü iclasında deyib.

O, 2022-ci ilin oktyabrında Türkiyənin Bursa şəhərində keçirilən müvafiq seminarda Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərarının Türk Dövlətləri Təşkilatına təqdim edildiyini xatırladaraq deyib: “Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər. Nəticələri yekunlaşdırmaq üçün cəmi iki günümüz var”.

Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər: “Bugünkü iclasda türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olundu. Ümid edirik ki, tezliklə türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”, – deyə Türk Akademiyasının prezidenti əlavə edib. /Azərtac

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki