Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü müzakirə olunacaq

image-3711378backend

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü müzakirə olunacaq.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovu 27-28 noyabr tarixlərində Türkiyəyə dəvət edib. Türkmənistan XİN dəvəti qəbul edib.

Səfər zamanı ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, baş tutacaq Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçtərəfli zirvə görüşü üçün hazırlıqlar da müzakirə olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90