Türkiyədə son sutkada koronavirusdan 193 nəfər həyatını itirib

Türkiyədə son sutkada koronavirusdan 193 nəfər həyatını itiribbackend

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı yeni rekord qeydə alınıb. Son sutka ərzində ölkədə koronavirusdan (COVID-19) 193 nəfər ölüb.

 

Busaat.az Türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.

 

Nazir qeyd edib ki, son 24 saatda 183 624 nəfər koronavirus testindən keçib, 6690 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 923 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 199 nəfər artaraq 5502 olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90