Yunanıstanda “Elias” fırtınası: Vəziyyət nəzarətdən çıxdı

image-yunanistanda-selbackend

Yunanıstanın bir çox yerlərində “Elias” qasırğası səbəbindən daşqınlar əmələ gəlib.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Mənbə bildirib ki, “Elias” qasırğası Yunanıstanın mərkəzi hissələrini və paytaxt Afina da daxil olmaqla, Attika bölgəsini vurub.

Fırtınanın yaratdığı güclü yağış nəticəsində bir çox məntəqələrdə daşqınlar baş verib.

Vətəndaşlardan lazımsız səyahətlərdən çəkinmələri xahiş olunub. Təbii fəlakətlə bağlı ölkədə məktəblər bağlanıb.

Liman şəhəri Volosda küçə və prospektlər gölə çevrilib.

Vəziyyət getdikcə nəzarətdən çıxsa da, hələlik daşqınlarda ölən və ya xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki