Anqlikan kilsəsi ilk dəfə gey evliliyinə xeyir-dua verdi

image-gay-marriagebackend

Anqlikan Kilsəsinin Ümumi Sinodu eynicinsli nikahların rəsmən tanınmasının lehinə səs verib.

Busaat.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Məlumata görə, səsvermə Avropa Şurasının yepiskoplarının yanvar ayında kilsələrdə eynicinslilərin nikahına icazə verilməsi çağırışlarını rədd etməsindən sonra keçirilib.

Səsvermə Sinodun hər üç palatasında keçirilib. Yepiskoplar Palatasında 36-sı “lehinə”, dördü “əleyhinə” səs verib, ikisi isə bitərəf qalıb. Kahinlər arasında fikirlər bölünüb: 111 nəfər “lehinə”, 85 nəfər “əleyhinə” səs verib və üç nəfər bitərəf qalıb. Dinsizlər palatasında 103 iştirakçı “lehinə”, 92 nəfər “əleyhinə” səs verib, beş nəfər isə bitərəf qalıb.

London yepiskopu Sara Mullally Sinodda gey evliliyi məsələsinin təbliğində fəal iştirak edib.

Yanvar ayında Anqlikan Kilsəsinin yepiskopları LGBTQI+ inancından imtina, təcrid və düşmənçilik üçün üzr istəyib.

Qeyd edək ki, İngiltərə Kilsəsinin Ümumi Sinodu qanunverici orqan kimi 1970-ci ildə yaradılmışdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90