Günəşdə bir anda bir neçə alışma aşkar edilib və bu səbəbdən avqustun 9 və 10-da planetimizdə maqnit qasırğası gözlənilir.
Busaat.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb.
Bildirilib ki, 8 avqust 2024-cü il tarixində geniş və uzunmüddətli alışma baş verib. Alov zamanı tac kütləsinin atılması da qeydə alınıb.
Son 24 saat ərzində daha bir neçə tac kütləsinin atılması müşahidə olunub. Proqnozlara görə, avqustun 9-u gecə – avqustun 10-u gündüz saatlarında Yer kürəsində mülayim maqnit qasırğası gözlənilir.
Həmçinin Günəşdəki iki tac dəliyinin tezliklə Yerə doğru dönəcəyi və bunun da maqnit qasırğasını gücləndirə biləcəyi bildirilir.