Ərdoğan Pakistanın Baş naziri Şərifi qəbul edib – FOTO

image-12-pakistanbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Məlumata görə, Prezident İqamətgahında keçirilən ziyafətdə Pakistanın Baş naziri Şərif zəlzələnin vurduğu zərərlərin tezliklə aradan qaldırılmasını arzulayıb.

Digər tərəfdən, Fələstin prezidenti Mahmud Abbas, İndoneziya prezidenti Coko Vidodo, Venesuela prezidenti Nikolas Maduro və İspaniyanın baş naziri Pedro Sançes də prezident Ərdoğana telefonla zəng edərək zəlzələdə həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa diləyiblər.

Qəbul və görüşlər zamanı liderlər Türkiyəni dəstəklədiklərini və türk xalqı ilə həmrəy olduqlarını bildiriblər.

 

image-pakistan-3

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90