ABŞ və AB “Boğaziçi Universitetində baş verən hadisələri qınayırıq” deyir. ABŞ əvvəlcə öz daxilində baş verənlərə baxsın.
Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Buradan ABŞ-a səslənirəm. Seçkilərdən əvvəl baş verən etirazlara görə demokratiya adına heç utandınızmı? Oradakı hadisələrdə hər kəsin bir-birini necə təhdid etdiyinin şahidi olduq. Bundan başqa, zənci vətəndaşlarınızı polislər yerə yıxıb öldürdü. Bunları dünyaya necə izah edəcəksiniz?” – Ərdoğan bildirib.
Türkiyə lideri fransalı həmkarı Emmanuel Makrona da səslənib:
“Makron, sən əvvəlcə “Sarı jiletlilər” məsələsini həll et. Hazırda bütün “Sarı jiletlilər”, vətəndaşlar küçələrdədir. Sən bunu həll edə bilmirsən. Əvvəl bununla məşğul ol. Mənim ölkəmdə hazırda belə bir problem yoxdur”.









