“FransanınTürkiyənin güclü oyunçu olduğunu qəbul etməsi hər iki ölkənin lehinə olacaq”

image-fransa-turkiye-bayraqbackend

“Xarici dövlətlər arasında bir çox vacib gündəm maddəsi var. Türkiyə və Fransa kimi həm regional, həm də dünya miqyaslı məsələ və maraqlara tərəf olan dövlətlərin çatışmazlığı aradan qaldırıb konsensus təmin etməsi normal görünməlidir”.

Bu sözləri Busaat.az-a açıqlamasında türkiyəli politoloq, “Bəyaz hərəkat” dərnəyinin sədr müavini Erdem Eren deyib.

Əlavə edib ki, son vaxtlar Türkiyə və Fransanın başda Dağlıq Qarabağ və Suriya olmaqla bir çox münaqişədə problem yaşaması, məsələnin əsas mahiyyətidir: “Bunun da səbəbləri dövlətlərin daxili və xarici dinamikası ilə əlaqədardır. Məsələn, Fransa Dağlıq Qarabağ məsələsində ermənipərəst siyasət yürüdürdü. Çünki Fransada ciddi bir gücə sahib olan erməni lobbisi faəliyyət göstərir. Fransa Suriyada da aktiv bir qüvvə olmağa çalışdı, amma uğursuz oldu”.

image-erdem-eren
Erdem Eren-Türkiyəli politoloq

“Həmçinin, Liviyada Fransanın da dəstəklədiyi Xəlifə Haftar dəstəyini itirdi, Türkiyənin tərəfdaşı olan yeni hökumət isə güc qazanaraq legitimliyini təmin elədi. Bununla yanaşı, Şərqi Aralıq dənizində Türkiyə olmadan enerji paylaşımının mümkün olmadığını İsrail və Misir də müzakirə etməyə və anlamağa başlayıb. Fransanın həm Qafqazda, həm Yaxın Şərqdə, həm Şərqi Aralıq dənizində, həm də Liviyada Türkiyənin güclü bir oyunçu olduğunu qəbul etməsi, həm Türkiyənin, həm də Fransanın lehinə olacaq”-deyə, ekspert vurğulayıb.

O, qlobal siyasətdə bir çox yeni problemlərin olacağını da əlavə edib: “Xüsusilə də yeni dövrdə ABŞ-ın Rusiya və Çinə olan münasibəti bir çox dövlət kimi Avropa İttifaqı və Fransanı da yaxından maraqlandırır. Ona görə də, problemlər qaçılmaz olacaq”.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki