“Rusiya tərəfi MAQATE-nin müvafiq hesabatını aldıqdan və öyrəndikdən sonra buna münasibət bildirəcək”.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Kiyev rejiminin nüvə terrorizmi təhlükəsi real və son dərəcə təhlükəlidir. Moskva Kiyevin dəvəti ilə Ukraynadakı iki nüvə obyektində yoxlamaya başlayan və yaxın vaxtlarda başa çatması planlanan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertlərinin apardığı araşdırmaların nəticələrini gözləyir. Biz yalnız agentliyin baş direktoru Rafael Qrossinin müvafiq hesabatı təhvil aldıqdan və hesabatla bağlı fikirlərini söylədikdən sonra şərh verəcəyik” – deyə, Zaxarova bildirib.