Nüvə müharibəsi təhlükəsi artır – Putin

image-putin2backend

“Rusiya nüvədən birinci istifadə etməyəcək, ilk istifadə edən deyilsə, ikinci olmayacaq. Çünki torpaqlarımıza qarşı nüvə silahından istifadə imkanları məhduddur”.

Busaat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti Putin Vətəndaş Cəmiyyəti və İnsan Haqlarının İnkişafı Şurasının İclasındakı çıxışında Donbasda yaşayanların insan hüquqlarının 8 ildir pozulduğunu və beynəlxalq təşkilatların buna məhəl qoymadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası, Avropa Şurası və digər insan haqları təşkilatlarının Ukraynada başlatdıqları əməliyyatdan sonra “ayıldığını” ifadə edən Putin deyib: “Bütün bunlar göstərdi ki, bu strukturlar öz vəzifələrini yerinə yetirə bilmirlər. Onlar qərəzlidirlər və qərəzlərinə görə Rusiya bu təşkilatlardakı üzvlüyünü dayandırmalı oldu”.

Rusiya ordusunun Ukraynadakı “xüsusi hərbi əməliyyatı” ilə bağlı məlumat verən Putin əlavə edib: “Xüsusi hərbi əməliyyat prosesi təbii ki, uzun çəkə bilər. Yeni torpaqların qazanılması Rusiya üçün mühüm nəticə və ciddi məsələdir”.

Nüvə müharibəsi ehtimalını şərh edən Putin, “Nüvə müharibəsi təhlükəsi artır. Rusiya ondan birinci istifadə etməyəcək, birinci deyilsə, ikinci olmayacaq. Çünki torpaqlarımıza qarşı nüvə silahından istifadə imkanları çox məhduddur. Bununla belə, müdafiə vasitələrindən istifadə strategiyamız hücuma cavab vermək üzərində qurulub” – deyə, xəbərdarlıq edib.

Rusiyanın dəli olmadığını və nüvə silahının nə olduğunu bildiklərini vurğulayan Putin, Rusiyanın nüvə silahlarının digər nüvə enerjisi olan ölkələrdəkindən daha inkişaf etmiş və müasir olduğunu bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki