Hər iki tərəfin sərhədçilərinin bir-birinə atəş açması nəticəsində Pakistan Əfqanıstanla ən mühüm sərhədlərindən birini bağlayıb.
Busaat.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bİldirilib ki, Əfqanıstan və Pakistan sərhədçiləri Hayber-Paxtunxva əyalətindəki sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıblar və insident nəticəsində xəsarət alan olmayıb.
Pakistan rəsmiləri meyvə və tərəvəz kimi tez xarab olan məhsulları daşıyan yük maşınlarının sərhədin hər iki tərəfində gözlədiyini və sərhədin mühüm ticarət yolu olduğunu qeyd edib.
Digər tərəfdən, Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Metin Kani tərəflər arasında münaqişənin olduğunu təsdiqləyib. O, belə hadisələrin baş verməməsi üçün səy göstərəcəklərini deyib.
Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada bildirilib ki, münaqişəni Pakistan tərəfi başladıb və Taliban qüvvələri onlara cavab verib.