Polşa Almaniyadan “Leopard 2” tankların Ukraynaya təhvil vermək üçün rəsmi icazə istədi

image-leopardbackend

Polşa Almaniyadan Almaniyaya məxsus “Leopard 2” tanklarının Ukraynaya ötürülməsi üçün rəsmi icazə istəyib.

Busaat.az xəbər verir ki, bunu Almaniya rəsmiləri DPA xəbər agentliyinə bildirib və bunun təcili məsələ kimi nəzərdən keçiriləcəyini qeyd ediblər.

Xarici işlər naziri Annalena Baerbok daha əvvəl bildirib ki, Berlin Polşanın Kiyevi tanklarla təmin etməsinə mane olmayacaq.

Polşanın müdafiə naziri Mariusz Blaszczak da Almaniyanı Ukraynanı “Leopard 2” tankları ilə dəstəkləyən ölkələrin koalisiyasına qoşulmağa çağırıb. Bu yaxınlarda Berlinə bəzi zirehli maşınlarını göndərmək üçün təzyiqə işarə edilib.

NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynaya yeni silahların tezliklə çatdırılmasını istəyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90