Polşa Rusiya sərhədində elektron maneə tikintisinə başlayır

image-kaliningrad-1862408backend

Polşanın daxili işlər naziri Mariuş Kaminski Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə 199 kilometr uzunluğunda elektron maneənin tikintisinə başlanıldığını açıqlayıb. Tikinti işlərinin sentyabrda başa çatdırılması planlaşdırılır.

Busaat.az xəbər verir ki, polşalı nazir Polşa polisinin ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə birgə təşkil etdiyi terror aktları qarşı təlimlər çərçivəsində mətbuat konfransı keçirib.

Nazir Kaminski Polşanın Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində elektron maneənin tikintisinə başladıqlarını açıqlayıb.

Kaminski deyib: “Rusiya sərhədində baş verənləri izləyəcəyik. Elektron maneə Belarus sərhədi kimi çox müasir olacaq. Ölkəmizin şərq sərhədi qonşularımızla yaşanan böhrandan irəli gələn hər hansı qanunsuz fəaliyyətə qarşı mükəmməl şəkildə hazırlanacaq”.

Kaminski sərhədin Avropa Birliyinin ən təhlükəsiz sərhədi olacağını bəyan edib.

Hündürlüyü 2,5 metr, eni 3 metr və uzunluğu 199 kilometr olacaq elektron maneənin 2023-cü ilin sentyabrında tamamlanması gözlənilir.

12 funksional bölmədən ibarət olacaq elektron maneə sistemi 2000 kamera dirəyi, 3000 kamera və 700 kilometr enerji, ötürücü və sensor kabellərdən istifadə edəcək, Polşaya 373 milyon zlotiya (təxminən 80 milyon avro) başa gələcək sistem ərazi və hava şəraitindən asılı olmayaraq davamlı olaraq məlumat ötürəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90