Sarkisyandan Qarabağla bağlı təxribatçı açıqlama

image-9fa83fec161345602238194393510718780backend
image-uzb_ads_desk

“Ermənistan müharibə zamanı Qarabağın müstəqilliyini tanımalı idi”.

Busaat.az azvision-a istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verdi.

“Müharibə zamanı İrəvanın bunu elan etmək və artıq “Artsax”a (Qarabağ-red) hər cür rəsmi kömək etmək üçün mənəvi haqqı var idi”, – deyə Sarkisyan əlavə edib.

Sabiq prezident hesab edir ki, baş verən hadisələr cəhalətin və ya xəyanətin nəticəsi ola bilər: “Bunu ən yaxşı halda obyektiv istintaqın aparılması aydınlaşdıra bilər, lakin mövcud hakimiyyət dövründə bu, mümkün deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki