Səfir: “Azərbaycan və Litva arasında ticarət dövriyyəsi son 4 ildə 2 dəfə artıb”

image-eqidiyus-navikasbackend

“Son 4 ildə Azərbaycanla Litva arasında ticarət dövriyyəsi təxminən 2 dəfə artıb”.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas deyib.

“Əgər 2019-cu ildə ticarət dövriyyəsi 30 milyon dollara yaxın idisə, indi bu rəqəm 60 milyon təşkil edir. Bu da o deməkdir ki, iqtisadi əlaqələr də müsbət istiqamətdə inkişaf edir”, – səfir bildirib.

Səfir onu da vurğulayıb ki, Litva Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihələri həyata keçirir: “Bakıda demək olar ki, bütün nazirliklərlə layihələrimiz var. Bunlar o qədər də böyük layihələr deyil və onların başa çatdırılması təxminən iki il çəkə bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki