Tacikistan hərbçiləri qırğızların yaşayış evlərini atəşə tutdu

image-tacikibackend
image-uzb_ads_desk

Tacikistan hərbçiləri bu gün Qırğızıstan-Tacikistan sərhədi yaxınlığında Qırğızıstan vətəndaşlarının yaşayış evlərinə atəş açıblar.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

“Batken vilayətinin Leylek rayonunun Arka kəndi tacik hərbçiləri tərəfindən sakinlərin evlərinə atəş açılıb”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, bu səbəbdən 27 358 nəfər Qırğızıstan vətəndaşı sərhədyanı bölgədən təxliyyə olunub.

Bundan əlavə, Qırğızıstan Tacikistanı sərhəd zonasına hərbi texnika yığmaqda ittiham edib. Tacikistan tərəfi isə bu iddianı rədd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki