Türkiyə daxili işlər nazirindən “Lotu Quli” haqqında daha bir etiraf

image-950989backend

Türkiyə daxili işlər naziri Süleyman Soylu “Habertürk”də Kübra Parın təqdim etdiyi proqramda jurnalistlərin suallarını cavablandırıb.

Busaat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda beynəlxalq axtarışda olan türkiyəli kriminal avtoritet Sedat Pekerin ölkədə gündəm olan iddialarına cavab verən Soylu Peker barəsində “Cavabını verəcək, gəlib ədalətə təslim olacaq”, – deyə bildirib.

Sedat Pekerin bütün iddialarının cəfəngiyyat olduğunu deyən S. Soylu “İstefa verməyi düşündünüzmü?” sualına belə cavab verib: “Heç vaxt düşünmədim, bütün böhtanlar cəfəngiyatdır, niyə istefa etməliyəm?!”

DİN rəhbəri müsahibəsində bir daha Türkiyədə qətlə yetirilən “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov haqqında danışıb.

“Azərbaycanlı Nadir Səlifov Rusiyada həbsdə yatıb. Türkiyədə məskən qurmaq istəyirdi. Dünyanın ən önəmli 12 mafiyasından biri idi. Bu şəxsi tutduq, məhkəməyə apardıq. Məhkəmə “cəzasını çəkdi” dedi. Vəkili getdi, “2 saata bunu məhkəmədən, saxlanma mərkəzindən çıxaracaqsınız və xaricə göndərməyəcəksiniz” dedi. Adamın tam istədiyi bu idi. Məhkəmənin bu qərarını həyata keçirmiş kimi davrandım, onu immiqrasiya idarəsindən çıxarıb yenidən geri qaytardım. Sonra onu Azərbaycana göndərdim. Türkiyəyə gələcəyini düşünərək onu izlədik. Yunanıstan pasportu ilə Kiprə və oradan Türkiyəyə girdi və orada öldürüldü”,- deyə Soylu qeyd edib.

Xatırladaq ki, Süleyman Soylu bir neçə gün öncə “TRT Haber” efirində də “Lotu Quli”dən danışmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90