Aram Ananyan: Yerevan-İstanbul reysi açılacaq

image-media-turkiye-2-4cfz5p9jsvq7kt2bxl3g-620x326backend

“FlyOne Armenia” şirkəti dünən və bu gün Türkiyənin hava məkanında planlı uçuşlar həyata keçirə bilməyib.

Busaat.az xəbər verir ki, bu barədə “Ermənistan News-NEWS.am”ə bu aviaşirkətin direktorlar şurasının sədri Aram Ananyan məlumat verib.

Ananyan qeyd edib ki, Türkiyənin qadağası nəticəsində Paris-İrəvan reysi başqa ölkədə eniş etməyə məcbur olub.

Türkiyə tərəfinin bu qadağanı hansı səbəbdən qoyduğu və onun aradan qaldırılması üçün hansı işlərin görüldüyü sualına Ananyan bildirib ki, hazırda bununla bağlı nəsə deyə bilməz.

“Bizə məlumat daxil olan kimi dərhal məlumat verəcəyik. FlyOne Armenia aviaşirkəti sərnişinlərinin səyahət planlarının dəyişməməsi üçün sərəncamında olan bütün vasitələrdən istifadə edəcək”, – Ananyan bildirib.

İrəvan-İstanbul reysi çərşənbə axşamı saat 12:55-də gözlənilir, hələlik ləğv edilməyib.

“Türkiyə tərəfi yalnız öz hava məkanı vasitəsilə başqa ölkələrə uçuşları qadağan edir; İstanbula uçuşlar ləğv edilməyib. Yaxın günlərdə gözlənilən uçuşlar hələ təxirə salınmayıb, uçuşların həyata keçirilməsi üçün avropalı tərəfdaşlarımızla əməkdaşlıq edirik”, – deyə Ananyan bildirib.

Qeyd edək ki, aprelin 29-da Türkiyənin aviasiya hakimiyyət orqanları “FlyOne Armenia” aviaşirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90