Türkiyədə hərbi təyyarə dənizə düşdü

image-herbibackend
image-uzb_ads_desk

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşüb.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim uçuşu zamanı baş verən qəzanın səbəbi hələ ki, məlum deyil. Hadisə nəticəsində həlak olan olmayıb.

Təyyarədəki iki pilot axtarış-xilasetmə əməliyyatı nəticəsində xilas edilib.

Xatırladaq ki, aprelin 7-si Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşmüş, nəticədə pilot şəhid olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki