Türkiyədə PKK üzvü olmaqda şübhəli bilinən 90 nəfər həbs edildi

image-turk-polisibackend

Türkiyə təhlükəsizlik qüvvələri ölkədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətində iştirakda şübhəli bilinən 90 nəfəri saxlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyənin 18 vilayətində antiterror əməliyyatları keçirilib.

Proses Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında PKK-nın üzərinə götürdüyü terror aktından sonra keçirilir. Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb və onlardan biri mühafizə postunda partlayıcını işə salıb. İkinci terrorçunun zərərsizləşdirilməsi ilə nəticələnən atışma olub. İki polis əməkdaşı yüngül yaralanıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki