Bir çox ukraynalı silah mütəxəssisləri Çexiyadakı silah fabriklərində birgə layihələrə cəlb olunacaqlar.
Busaat.az xəbər verir ki, bunu Çexiya müdafiə nazirinin müavini Tomas Kopecny Çexiya radiosuna bildirib.
Məlumata görə, Çexiya dövləti Ukraynadan çoxlu sayda silah mütəxəssisinin işə götürülməsini hədəfləyir.
Kopecny iki ölkənin baş nazirlərinin oktyabrda imzaladığı razılaşmaya uyğun olaraq, Praqa və Kiyevin silahların birgə istehsalı üçün əməkdaşlıq edəcəkləri, buna görə də minlərlə ukraynalı silah mütəxəssisinin Çexiya fabriklərində çalışacağı barədə məlumat paylaşıb.
Kopecny bu əməkdaşlıqla hər iki ölkənin silah potensialının artırılmasının hədəfləndiyini, ukraynalı mütəxəssislərə daha təhlükəsiz mühitdə işləmək imkanı təklif ediləcəyini bildirib.
Kopecny qeyd edib ki, silah istehsalı ilə yanaşı, silahların təmir və modernləşdirilməsi də nəzərdə tutulur və bu əməkdaşlığın ilk bəhrələri 2023-cü ilin birinci yarısında özünü göstərəcək.