“Çelsi” “Sauthempton”un keçmiş yarımmüdaifəçisi Romeonu transfer etdi

image-romeo-laviabackend

Londonun “Çelsi” klubu  “Sauthempton”un keçmiş yarımmüdaifəçisi Romeo Lavianı transfer edib.

Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu “mavilər”lə 7 illik müqavilə imzalayıb.

“Romeonu “Çelsi”də qarşıladığımız üçün çox şadıq. O, gənc yaşına baxmayaraq, yetkinlik nümayiş etdirərək, keçən mövsüm “Southampton” ilə Premyer Liqada keyfiyyətlərini göstərdi. Romeo bir müddətdir izlədiyimiz futbolçudur. İnanırıq ki, o, yeni mövsümdə və gələcək illərdə “Çelsi”də təsir bağışlamağa hazırdır”, -klubun saytında dərc olunan məlumatda deyilir.

Qeyd edək ki, belçikalı ötən mövsüm 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki