Əfqanıstan xaricdə təhsil almaq istəyən qız tələbələrə qadağa qoydu

image-efqanistanbackend

Əfqanıstanda Taliban administrasiyası xaricdə təhsil almaq istəyən qızların ölkəni tərk etməsinə qadağa qoyub.

Busaat.az xarici mənbəyə istinadən xəbər verir ki, administrasiyası qadınlara qarşı məhdudiyyətlərini davam etdirir.

Qızların orta məktəb və universitetlərə daxil olmasını qadağan edən Taliban, bu tələbələrin xaricdə təhsil almasına da mane olur.

Müxtəlif təqaüdlərlə Əfqanıstanı tərk etmək istəyən qız tələbələr hava limanlarından uzaqlaşdırılır.

Taliban həm də ictimai sahədə də qadınlara maneələr qoyur.

Qeyd edək ki, ölkənin Bamiyan bölgəsindəki Band-e-Amir Milli Parkına qadınların girişi qadağan olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki