Ukraynanın üç regionunda, Kiyev, Jitomir və Vinnitsada hava hücumu siqnalı səslənib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı UNİAN yayıb.
Məlumata görə, Kiyev vilayətində, xüsusən də Kiyevətrafı qəsəbələrdə və paytaxtın özündə partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayılıb.
Paytaxt Kiyevin meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenkivski rayonunda partlayış səsləri eşidilib.
Kliçko təfərrüatlar barədə daha sonra məlumat yayacağını qeyd edib.
Busaat.az









