Banqladeşdə Rooppur atom elektrik stansiyasının (AES) tikintisi uğurla həyata keçirilən birgə layihədir.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov banqladeşli həmkarı Abdul Kalam Abdul Momen ilə danışıqlardan sonra bildirib.
“Bizim əsas müştərək layihəmiz Banqladeş ərazisində Rooppur AES-in tikintisidir. Biz bu gün bildirdik ki, layihə qrafikə uyğun olaraq rəvan gedir və ilk nüvə yanacağının çatdırılması və doldurulması hələ oktyabrda gözlənilir”, – o söyləyib.
Lavrov bildirib ki, tərəflər Dəkkədə keçirilən danışıqlarda ticarət və investisiya sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.









