Lavrov Dakkada Banqladeşin baş naziri ilə görüşüb

image-sergey-lavrovbackend
image-uzb_ads_desk

Rusiya xarici işlər naziri Sergey Lavrov Banqladeşin baş naziri Şeyx Hasina ilə ölkənin paytaxtı Dəkkədə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında bildirib.

“Sergey Lavrovu Banqladeşin baş naziri Dəkkədə qəbul edir”, – o, görüş zamanı çəkilmiş şəkli paylaşaraq yazıb.

Lavrov cümə axşamı Banqladeşə ilk səfərinə başlayıb. Günün sonunda nazir Banqladeşli həmkarı Abdul Kalam Abdul Momen ilə görüşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki