Sərnişinlərə hörmət edilməlidir və ya bir gitara ilə United Airlines hekayəsi-VİDEO

image-tia_4489b1e66a50ede9b98d08b7b927113d_vbag2l47ysfhiw0te5jo-640x336backend

Sınıq gitara ilham mənbəyi kimi…

Aviaşirkət az tanınan bir musiqiçinin gitarasını sındırdı və o, bu barədə mahnı yazıb ulduz oldu.

Bu maraqlı və deyərdim ki, ibrətli hekayə 2008-ci ildə baş verib. Sons of Maxwell qrupunun  tanınmayan kanadalı kantri musiqiçisi Deyv Kerroll (Dave Caroll )United Airlines-ın təyyarəsi ilə Kanadadan ABŞ-a, Nebraskaya konsertə uçurdu. O, 3500 dollarlıq Taylor 710  gitarasını əlavə ödəniş etməklə əl yükündə aparmaq istədi,lakin onun bu istəyi rədd edildi və o gitarasını baqaja təhvil verməyə məcbur oldu.

Uçuşdan əvvəl Deyv təyyarədən baqajların təyyarəyə yüklənməsi zamanı əşyaların necə tullandığını gördü.Onların  gitarası da var idi.

Baqajı qəbul edəndə məlum olub ki, onun gitarası yararasız haldadır.

Deyv-in təzminat almaq cəhdlərinin uzun bir tarixi var.O şirkətdən gitaranın təmirinə xərclədiyi 1200 dolları ödəməyi tələb etdi. Hərçənd lki, təmirdən  sonra gitara əvvəlki kimi yaxşı səslənmirdi. Ancaq  sonda, şirkətlə çəkişmədən sonra çoxlu vaxt və əsəb keçirsə də heç nə alınmadı.

Devid 9 ay  ərzində haqqını tələb etsə də aviaşirkət onu aldatdı və günahını boynuna almaqdan imtina etdi. Nəhayət, onun şikayətinə United Airlines  tərəfindən qəti “yox” cavabı aldı.

United Airlines təzminat ödəməkdən imtina etdikdən sonra Deyv United Breaks Guitars – “United breaks guitars” (United aviaşirkəti gitarları sındırır) mahnısını yazdı və baş verənləri əks etdirən bir video çəkdi.

Klip internetdə hit oldu. Elə ilk gündə videoya 150 min baxış oldu (Hal-hazırda 23 milyon baxış var). Bir həftə ərzində Deyv  dünya ulduzuna çevrildi. Gitara istehsalçısı Taylor ona iki yeni gitara hədiyyə etdi. Videonun YouTube-da yerləşdirilməsindən dörd gün sonra United Airlines səhm qiymətinin 10%-ni itirdi – səhmdarlara 180 000 000 dollara başa gəldi.

United Airlines-in rəhbərliyi Daviddən böyük təzminat müqabilində klipi çıxartmağı xahiş etiblər, lakin o,lakin bu dəfə Deyv Kerroll, United Airlines-in bu təklifinə qəti  “yox” dedi.

İmran Kərimli

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki